Fransa və Almaniya da daxil olmaqla, Avropa İttifaqının (Aİ) bir neçə aparıcı ölkəsi birliyin diplomatik xidmətində ciddi islahatlar aparmağı və qurumun xarici siyasət strukturunu yenidən formalaşdırmağı nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Nəşrin beş fərqli mənbəyə istinadən verdiyi məlumata görə, planlaşdırılan dəyişikliklər Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın və ona tabe olan Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) səlahiyyətlərinin kəskin şəkildə azaldılmasını nəzərdə tutur.
İslahat layihəsinə əsasən, illik büdcəsi 1 milyard avro olan bu diplomatik idarənin əsas funksiyalarının yenidən Avropa Komissiyasına və ya birbaşa Aİ-yə üzv dövlətlərin ixtiyarına verilməsi təklif olunur.
Mənbələr bildirir ki, Aİ-nin aparıcı dövlətləri Brüsselin xarici siyasətdəki müstəqil fəaliyyətini məhdudlaşdırmağa və qərarlar üzərində milli nəzarəti gücləndirməyə çalışırlar.
Bizim.Media

































































































