"Qərarları mən verirəm" – Trampdan Netanyahuya Livan və İran xəbərdarlığı

Hazırda oxunan: "Qərarları mən verirəm" – Trampdan Netanyahuya Livan və İran xəbərdarlığı

618381

ABŞ Prezidenti Donald Trampın rəsmi Tel-Əvivin regional siyasətindən və xüsusilə Livan hərbi kampaniyasından ciddi şəkildə məyus olduğu barədə məlumatlar yayılıb. Nüfuzlu "Politico" nəşri Ağ Ev rəsmilərinə istinadən xəbər verir ki, ABŞ lideri İsrailin addımlarının Vaşinqtonun Tehranla apardığı kritik diplomatik danışıqlara birbaşa maneə yaratdığı qənaətindədir.

Bizim.Media xəbər verir ki, Ağ Evdəki mənbələrdən birinin bildirdiyinə görə, Tramp İranla müharibədə ABŞ və İsrailin strateji hədəfləri, eləcə də təhlükəsizlik yanaşmaları arasındakı ciddi fərqləri tam dərk edir:

"Prezident bu reallıqdan açıq şəkildə məyusdur, lakin mən onun mütləq şəkildə İsrailin qanadlarını qırmaq istədiyini düşünmürəm".

Digər yüksək rütbəli Ağ Ev rəsmisi isə iki müttəfiq ölkənin məqsədlərinin fərqli olduğunu təkzib etsə də, Trampın baş nazir Benyamin Netanyahunun fəaliyyətindən qıcıqlandığını gizlətməyib:

"ABŞ-ın İranla diplomatik həll variantları üzərində intensiv müzakirələr apardığı bir vaxtda, İsrailin Livandakı hərbi əməliyyatları ilə münaqişəni daha da alovlandırması prezidenti ciddi şəkildə məyus edir".

Xatırladaq ki, Tramp bir qədər əvvəl verdiyi bəyanatda həm İsraili, həm də İranı dərhal atəşi dayandırmağa çağırmış, Netanyahuya xitabən "Qərarları mən verirəm, ABŞ-ın sazişini qəbul etməyə məcbursan" ismarışını göndərmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin