Rusiya Nikol Paşinyana seçkilərdəki qələbəsi münasibətilə təbrik məktubu göndərməzdən əvvəl Ermənistandakı səsvermənin rəsmi nəticələrini gözləməyə üstünlük verir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
"Burada hər hansı yekun rəsmi nəticələrin açıqlanmasını gözləmək vacibdir", - deyə Kreml rəsmisi vurğulayıb. O əlavə edib: "Biz yenə də rəsmi rəylərin ortaya çıxmasını gözləməyə üstünlük veririk".
Peskov izah edib ki, səsvermə zamanı Ermənistandan çoxsaylı qayda pozuntuları barədə məlumatlar daxil olub, bu səbəbdən də rəsmi nəticələr xüsusi əhəmiyyət kəsb edir. (Mənbə: TASS)
Bizim.Media





































































































