Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”

Hazırda oxunan: Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”

618113

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya xəbərdarlıq edərək, İranla yaşanan gərginliyi daha da artıracağı təqdirdə rəsmi Vaşinqtonun dəstəyi olmadan tək qala biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Belə ki, Tramp İsrailin İrana qarşı həyata keçirdiyi gecə hücumlarından son anda xəbərdar edildiyini və bu zərbələrin miqyasını məhdudlaşdırmağa nail olduğunu vurğulayıb.

Benyamin Netanyahu ilə danışığının təfərrüatlarına toxunan Tramp ona ciddi xəbərdarlıq etdiyini gizlətməyib:

"Ona dedim ki, 'Bibi, diqqətli olsan yaxşıdır, yoxsa yaxın vaxtlarda tamamilə tək qalacaqsan'".

Məlumatda həmçinin qeyd olunur ki, ABŞ ilə İran arasında vasitəçilik səylərini dəstəkləyən regionun 5 ölkəsi Trampa müraciət edərək, Netanyahunun hücumları dayandırması üçün ona təzyiq göstərilməsini istəyib. Mövzu ilə bağlı danışan ABŞ lideri, "Həmin ölkələr çox narahat idilər. Onlar bizim üzərində müzakirə apardığımız razılaşmanı çox bəyənirlər", - deyə əlavə edib.

Xatırladaq ki, İran iyunun 7-si gecə saatlarında Livana hücumlara cavab olaraq İsrailə ballistik raketlərlə hücum edib. İsrail isə bu hücuma cavab olaraq İranın bir sıra şəhərlərinə hava zərbələri endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin