Trampdan SƏRT MESAJ – “Mən nə qərar versəm, Netanyahu onu edəcək”

Hazırda oxunan: Trampdan SƏRT MESAJ – “Mən nə qərar versəm, Netanyahu onu edəcək”

617862

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonla Tehran arasında əldə olunacaq istənilən razılaşmanı qəbul etməyə məcbur olacaq.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Financial Times” nəşrinə müsahibəsində danışıb.

“Onun başqa seçimi olmayacaq. Bütün qərarları mən qəbul edirəm. O (Netanyahu) qərar vermir”, – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp həmçinin qeyd edib ki, İranın son hücumları Vaşinqton və Tehran arasında aparılan danışıqların nəticəsinə təsir göstərməyəcək və mümkün razılaşma prosesini dayandırmayacaq.
 

ABŞ lideri müsahibə zamanı İran ərazisində xüsusi təyinatlı qüvvələrin əməliyyat keçirməsi ehtimalını da istisna etməyib.


Xatırladaq ki, İran dünən gecə saatlarında Livana hücumlara cavab olaraq İsrailə ballistik raketlərlə hücum edib. İsrail isə bu hücuma cavab olaraq İranın bir sıra şəhərlərinə hava zərbələri endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin