Pit Heqset: “İranla böyük bir razılığa gələ bilməsək, lazım olanı etməyə hazırıq"

Hazırda oxunan: Pit Heqset: “İranla böyük bir razılığa gələ bilməsək, lazım olanı etməyə hazırıq"

617828

Vaşinqton və Tehran tezliklə "əla" bir razılaşmaya nail olacaqlar, lakin bu baş verməsə, ABŞ ordusu həyata keçirilməsi lazım olan hər şeyə tamamilə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset iyunun 7-də jurnalistlərə müsahibəsində bildirib.
 

Heqset atəşkəsin vəziyyəti ilə bağlı açıqlamasında Donald Trampın atəşkəsin davam etdirilməsini vurğuladığını və regiondakı ABŞ silahlı qüvvələrinin İranın Hörmüz boğazından keçən gəmilərə etdiyi hücumlarına cavab verdiyini deyib.


Son həftələrdə İran Ordusu və İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində ABŞ hərbi dəniz qüvvələri ilə dəfələrlə qarşıdurmaya girib.

ABŞ İranı dənizdən mühasirəyə alaraq İrana gedən və ya oradan gələn gəmiləri və neft tankerlərini marşrutlarını dəyişməyə məcbur edir, həmçinin İranın cənubundakı radar hədəflərini və raket buraxılış bazalarını hədəfə alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin