İsrail Müdafiə Ordusu Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyada "Hizbullah" qruplaşmasının obyektinə zərbə endirib, ölən və yaralananlar var.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin ofisi bildirib.
"Baş nazir Netanyahu və müdafiə naziri İsrael Katsın göstərişlərinə əsasən, İsrail Müdafiə Ordusu "Hizbullah" tərəfindən İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Beyrutun Dahiya rayonunda qruplaşmanın qərargahına hücum edib", - bəyanatda bildirilir.
Livanın Milli İnformasiya Agentliyi isə bildirib ki, İsrail hərbçilərinin Beyrutdakı Dahiya rayonuna endirdiyi aviazərbələr nəticəsində iki nəfər həlak olub, 11 şəxs yaralanıb.
Bizim.Media


































































































