Nigeriyada "Boko Haram" terrorçularının qaçırdığı 360 girov azad edilib

Hazırda oxunan: Nigeriyada "Boko Haram" terrorçularının qaçırdığı 360 girov azad edilib

617769

Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno ştatında "Boko Haram" qruplaşmasının yaraqlıları tərəfindən qaçırılmış 360 nəfərin azad edildiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayır.

Əməliyyat yaraqlıların əsas istinadgah məntəqələrindən biri hesab olunan Mandara dağlarında keçirilib. Azad olunanlar arasında Borno ştatının müxtəlif yaşayış məntəqələrindən qaçırılmış qadınlar və uşaqlar var.
 

Ordu nümayəndəsi Haruna Saninin sözlərinə görə, dağlıq şəraitdəki ağır şərtlər və uzun müddət əsirlikdə qalmağın fəsadları nəticəsində iki körpə orqanizmin tam əldən düşməsi səbəbindən dünyasını dəyişib.


"Digər azad edilmiş girovlar tibbi yardım və humanitar dəstək almaq üçün təhlükəsiz yerlərə təxliyə ediliblər. Bu, böyük bir əməliyyat uğuru və terror qruplaşmasına vurulan ciddi zərbə oldu", - deyə ordu nümayəndəsi bəyan edib.

Qeyd edək ki, Nigeriya artıq 10 ildən çoxdur ki, ölkənin şimal bölgələrində ciddi təhlükəsizlik böhranı ilə üz-üzədir. Burada "Boko Haram"ın fəaliyyəti ilə yanaşı, fidyə müqabilində adam qaçırmaqla və qanunsuz faydalı qazıntı hasilatı ilə məşğul olan silahlı qruplaşmalar böyük təhlükə yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin