İyunun 6-sı axşam saatlarında Yeni Zelandiyanın paytaxtı Vellinqtonda sərnişin qatarının relsdən çıxması nəticəsində altı nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.
Polisin verdiyi məlumata görə, yerli vaxtla təxminən 19:20-də Vellinqtonun Xandalla şəhər ətrafındakı stansiyada qatarın relsdən çıxmasından dərhal sonra hadisə yerinə təcili xidmət əməkdaşları cəlb olunub.
Bütün sərnişinlər uğurla təxliyə edilib. Təcili tibbi yardım xidmətinin nümayəndələri yaralıların yüngül və ağır dərəcəli müxtəlif xəsarətlər aldıqlarını bildiriblər. Şahidlərin sözlərinə görə, qəzadan əvvəl güclü gurultu və partlayışa bənzər səs eşidilib.
Hadisə yerindən gələn məlumatlarda vaqonlardan birinin ciddi deformasiyaya uğradığı qeyd olunur.
Hazırda hadisə yerində çox sayda təcili yardım briqadası, yanğınsöndürənlər və polis işləyir, stansiyanın ətrafı mühasirəyə alınıb. Qəzanın başvermə səbəbləri araşdırılır.
Bizim.Media



































































































