Cəmi bir neçə həftə əvvəl internet zarafatı kimi başlayan, lakin qısa müddətdə hindistanlı gənclərin narazılıq simvoluna çevrilən "Tarakanlar Partiyası"nın yüzlərlə tərəfdarı şənbə günü Yeni Dehli mərkəzində ilk genişmiqyaslı aksiyaya toplanıb.
Bizim.Media xəbər verir ki, "Cantar-Mantar" meydanında baş tutan mitinq hərəkatın sosial şəbəkələrdən kənarda ilk ciddi sınağı olub.
Əllərində tarakan maskaları və plakatlar tutan gənclər təhsil naziri Dharmendra Pradhanın istefasını tələb ediblər.
Bu qeyri-adi hərəkat Hindistan Ali Məhkəməsinin sədri Surya Kantın məhkəmə iclaslarının birində tənqidçiləri və işsiz gənclərin bir qismini tarakanlara bənzətməsindən sonra yaranıb.
Boston Universitetinin tələbəsi Abhidjit Dipke bu təhqiri satirik siyasi kampaniyaya çevirərək hərəkatın əsasını qoyub. Qısa müddətdə milyonlarla izləyici toplayan partiya gənclər arasında işsizlik, korrupsiya və təhsil böhranına qarşı müqavimət simvoluna çevrilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:14 / 06.06.2026
Hindistanda "Tarakanlar Partiyası"nın tərəfdarları ilk kütləvi etiraz aksiyasına çıxdı
Hazırda oxunan: Hindistanda "Tarakanlar Partiyası"nın tərəfdarları ilk kütləvi etiraz aksiyasına çıxdı
Hazırda oxunan: Hindistanda "Tarakanlar Partiyası"nın tərəfdarları ilk kütləvi etiraz aksiyasına çıxdı
617574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































