Onlayn alış-veriş edənlərə şad xəbər: Bağlamalarına vergi tətbiq edilməyəcək - VİDEO

Hazırda oxunan: Onlayn alış-veriş edənlərə şad xəbər: Bağlamalarına vergi tətbiq edilməyəcək - VİDEO

617222

Xaricdən onlayn alış-veriş edənlər üçün gözlənilən vergi artımı təxirə salınır.

Bizim.Media xəbər verir ki, Ukrayna Ali Radasının xalq deputatı Lesya Zaburannaya bəyan edib ki, bu il xarici bağlamalara vergi tətbiq edilməyəcək.

Onun sözlərinə görə, müvafiq qanun layihəsi hələ də təkmilləşdirilmə mərhələsindədir və onun icrası həm parlamentin rəsmi qərarını, həm də gömrük sisteminin texniki hazırlığını tələb edir:

"Buna görə də hesab edirəm ki, bu il texniki cəhətdən bunun baş verməsi qeyri-mümkündür".

Qeyd edək ki, beynəlxalq poçt və kuryer bağlamalarının vergiyə cəlb edilməsi Ukraynanın Beynəlxalq Valyuta Fondu (BVF) qarşısında öhdəliklərindən biridir.

Lakin texniki və hüquqi infrastruktur tam hazır olmadığı üçün qərarın icrası 2026-cı ilin sonuna qədər təxirə salınmış hesab olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin