Riçard Gir Trampı "bədheybət" adlandırdı: "İlk gündən ABŞ-dakı bütün yaxşı şeyləri məhv etdi"

Hazırda oxunan: Riçard Gir Trampı "bədheybət" adlandırdı: "İlk gündən ABŞ-dakı bütün yaxşı şeyləri məhv etdi"

617208

Hollivudun əfsanəvi aktyoru Riçard Gir ABŞ-da demokratiyanın tənəzzülünü təsvir etmək üçün qorxulu bir bənzətmə aparıb, eyni zamanda Donald Trampı və onun administrasiyasını sərt şəkildə hədəf alıb.

Bizim.Media xəbər verir ki, dünyaşöhrətli aktyor bu barədə Norveçdə keçirilən "Oslo Azadlıq Forumu"nda (Oslo Freedom Forum) venesuelalı-norveçli hüquq müdafiəçisi Tor Halvorssen ilə siyasət, azadlıq və tarix mövzusunda söhbəti zamanı danışıb.

"Biz bu planetdə mənim şahid olduğum ən qaranlıq dövrü yaşayırıq. Bu, ümumiyyətlə, necə mümkün ola bildi? Çünki biz yatmışıq. Vecimizə deyildi. Seçkilərə gedib səs vermədik. Ətrafda baş verənlərə tam qulaq asmadıq", – deyən Gir, vaxtilə bu adamı ABŞ prezidenti seçməyin bir dəlilik olduğunu insanlara izah etmək üçün özünün də kifayət qədər səy göstərmədiyini etiraf edib.

"Qızıl Qlobus" mükafatı laureatı Trampın hakimiyyətə gəlişini kəskin tənqid edərək bildirib:

"Həmin adam ilk gündən Amerika hökumətində və Amerika xalqında olan demək olar ki, bütün yaxşı şeyləri söküb məhv etdi. Biz xəbərdarlıq siqnallarını — bu “bədheybətlərin diktaturasını” və onun nə qədər sürətlə yaxınlaşdığını görməliyik. Oyaq və sayıq olmağa borcluyuq".

Riçard Gir çıxışında Almaniyadakı keçmiş Dahau nasist konsentrasiya düşərgəsinə etdiyi səfərdən ilhamlanaraq dramatik bir müqayisə aparıb.

Aktyor qeyd edib ki, Dahaudakı yerli sərgidə "Alman cəmiyyətinin və hökumətinin transformasiyasının nə qədər ildırım sürətilə baş verdiyini" görmək onu dərindən sarsıdıb:

"Yaxşı insanlar canilərə çevrilmişdilər. Əgər yuxuya getsək, dünyamızın əlimizdən nə qədər tez alına biləcəyini görürsünüz. Biz sadəcə kənarda oturub “Hər şey yaxşıdır, mənim yeməyim, pulum, evim, maşınım var, öz işimlə məşğulam. Bəli, bilirəm ki, o, pis adamdır, amma eybi yox, dözmək olar” deyə bilmərik. Bu, normal deyil və heç vaxt da normal olmayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin