Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusu mayın 31-də bəyan edib ki, Ukrayna dronlarının köməyi ilə rusların Luqansk vilayətindəki logistik marşrutlarını nəzarətə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" nəşri yazıb.
"Üçüncü Hücum Briqadasının pilotsuz sistemlər batalyonunun döyüşçüləri müvəqqəti işğal altında olan Luqansk vilayətində (rusların) logistikasına zərbələr endiriblər və düşmənin nəzarətindəki ərazinin 205 kilometr dərinliyinə — düz “İzvarino” buraxılış məntəqəsinə qədər çatiblər", — deyə mənbə bildirib.
Məlumata görə, əməliyyat zamanı Ukrayna PUA pilotları rusların zirehli texnikasını və sursat anbarlarını vurublar.
Korpus komandiri, briqada generalı Andrey Biletskinin sözlərinə görə, "Rusların Luqansk vilayətinin tamamilə ələ keçirilməsi barədə bəyanatlarına cavab olaraq, Luqansk vilayətində və Şərqi Slobojanşinada logistik marşrutlara nəzarət əməliyyatı elan edirik. Luqansk, Starobelsk, Alçevsk, Bryanka, Kadiyevka — indi Üçüncü Ordu Korpusunun PUA-larının nəzarəti altındadır".
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:41 / 31.05.2026
Luqansk vilayəti Ukrayna dronlarının nəzarəti altındadır
Hazırda oxunan: Luqansk vilayəti Ukrayna dronlarının nəzarəti altındadır
Hazırda oxunan: Luqansk vilayəti Ukrayna dronlarının nəzarəti altındadır
616374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































