“Dünya münaqişə ssenarisi ilə gedir” - Aleksandr Lukaşenko

Hazırda oxunan: “Dünya münaqişə ssenarisi ilə gedir” - Aleksandr Lukaşenko

616067

“Dünyada vəziyyət münaqişəli ssenari üzrə inkişaf edir və böyük problemlər dalğası başlayıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya Ali İqtisadi Şurasının iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, gündəmdəki aktual proseslərə reaksiya vermək vacib olsa da, Avrasiya İqtisadi İttifaqının əsas məqsədləri makroiqtisadi sabitlik və vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi olaraq qalır.
 

Lukaşenko qeyd edib ki, ittifaqa üzv ölkələrin ümumi daxili məhsulu 16,6 faiz artıb, xidmət sektorunda qarşılıqlı ixrac 2,6 dəfə yüksəlib, qarşılıqlı mal dövriyyəsi isə rekord həddə – 95 milyard dollara çatıb.


Belarus lideri vurğulayıb ki, hazırda xarici amillərin təsirini balanslaşdırmaq üçün ciddi səylər tələb olunur.

“Dünyada vəziyyət münaqişəli ssenari üzrə inkişaf edir. Yaxın Şərqdə baş verən hadisələr bir sıra ölkələrdə yanacaq, strateji materiallar və gübrə çatışmazlığı yaradıb. Böyük problemlər dalğası işə düşüb və hələlik onun haraya və hansı güclə zərbə vuracağını bilmirik”, – deyə Lukaşenko bildirib.

O əlavə edib ki, xarici mühitdə vəziyyət necə dəyişməsindən asılı olmayaraq, Avrasiya İqtisadi İttifaqı üzrə müqavilədə nəzərdə tutulan məqsədlərə nail olmaq istiqamətində iş tempini azaltmaq olmaz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin