İsrail Ordusu Livana zərbə endirdi

Hazırda oxunan: İsrail Ordusu Livana zərbə endirdi

615905

İsrail Müdafiə Ordusu Beyrutun cənubunda Livan ərazisinə zərbə endirdiyini bəyan edib.

Bizim.Media "The Times of Israel"ə istinadən xəbər verir ki, zərbə Əş-Şuveyfat rayonuna endirilib.

Təhlükəsizlik xidmətlərindəki mənbə İsrail zərbəsinin hədəfinin "Hizbullah"la birgə fəaliyyət göstərən "İmam Hüseyn" diviziyasının raket bölməsinin rəhbəri Əli əl-Hüsni ola biləcəyini bildirib.

Hazırda onun hücum nəticəsində ölüb-ölmədiyi məlum deyil. İsrail Müdafiə Ordusu sonradan əlavə məlumat verəcəklərini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin