Tokayev Putinlə bu sənədə imza atdı

Hazırda oxunan: Tokayev Putinlə bu sənədə imza atdı

615881

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin Astanada "Qazaxıstan və Rusiya xalqlarının dostluğu və qonşuluğunun yeddi əsası haqqında" birgə bəyanat imzaladılar.

Bizim.Media xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.

Həmçinin bir sıra dövlətlərarası və idarələrarası sazişlərin mübadiləsi həyata keçirilib.
 

Qazaxıstanın Atom Enerjisi Agentliyi və "Rosatom" Almatı vilayətində atom elektrik stansiyasının tikintisi layihəsi üzrə sənədlər, həmçinin layihənin həyata keçirilməsi üçün ixrac kreditinin verilməsi haqqında saziş imzalayıblar.


Qazaxıstan və Rusiyanın maarif nazirlikləri Qazaxıstanda "Sirius" məktəbinin yaradılması barədə razılığa gəliblər, iki ölkənin energetika nazirlikləri isə neft sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında sazişlər mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin