Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin hərbi tədarük imkanları və beynəlxalq silah bazarlarına çıxışı ilə bağlı mühüm bəyanatla çıxış edib.
Bizim.Media xəbər verir ki, Baş nazir Ermənistanın silahlanma siyasətində baş verən köklü dəyişikliyin konkret siyasi addımlarla bağlı olduğunu etiraf edib.
Nikol Paşinyan mövzu ilə bağlı vurğulayıb:
“2022-ci ilə qədər beynəlxalq silah və hərbi texnika bazarları Ermənistan üçün böyük ölçüdə qapalı və ya çətin əlçatan idi.
Beynəlxalq silah bazarı Ermənistan üçün yalnız 6 oktyabr 2022-ci il tarixində Praqada əldə olunmuş razılaşmalardan sonra açıldı. Məhz həmin görüşdə Ermənistan və Azərbaycan 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında bir-birlərinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdılar”.
Bizim.Media

- A-
- A
- A+
Region
11:50 / 28.05.2026
Paşinyandan etiraf: "Beynəlxalq silah bazarı Ermənistan üçün məhz Praqa görüşündən sonra açıldı"
Hazırda oxunan: Paşinyandan etiraf: "Beynəlxalq silah bazarı Ermənistan üçün məhz Praqa görüşündən sonra açıldı"
Hazırda oxunan: Paşinyandan etiraf: "Beynəlxalq silah bazarı Ermənistan üçün məhz Praqa görüşündən sonra açıldı"
615849
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































