Bayram günlərində “Qaraca qız” Şəki səhnəsində nümayiş etdirilir - FOTO

Hazırda oxunan: Bayram günlərində “Qaraca qız” Şəki səhnəsində nümayiş etdirilir - FOTO

615818

Şəki Dövlət Dram Teatrı Azərbaycan uşaq ədəbiyyatının incilərindən sayılan “Qaraca qız” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə məktəbliləri sevindirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, görkəmli Azərbaycan ədibi Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiq tərəfindən səhnələşdirilmiş pyes rejissor Elvin Nurinin quruluşunda təqdim olunub.

Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Çingiz Novruzəliyev, musiqi tərtibatçısı isə Zeynəb Xəlilovadır.
 

Tamaşada rolları Gülxar İmamhüseynova, Nuranə Mirzəliyeva, Nərmin Abbasova, Pərviz İsmayılov, Rəşad Rüstəmov, Günay Novruzəliyeva, Rəşid Mirizadə, Nərmin Nəbiyeva, Elvin Mabudov və digərləri ifa edirlər.


Səhnə əsərində dostluq və fədakarlıq kimi ali dəyərlər tərənnüm edilir. Məktəbli tamaşaçılar üçün nəzərdə tutulan əsər fərqli və yeni finalla təqdim olunub.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin