Qurban ətini nə qədər saxlamaq olar?

Hazırda oxunan: Qurban ətini nə qədər saxlamaq olar?

615867

Qurban bayramında ətin təhlükəsizliyini və keyfiyyətini qorumaq üçün kəsimdən dərhal sonra düzgün soyutma prosesinə başlamaq çox vacibdir.

Bizim.Media xəbər verir ki, türkiyəli mütəxəssislərin rəyinə görə, ətin dadını qorumaq və sağlamlıq risklərindən qaçmaq üçün onun müəyyən müddət dincəldilməsi, gigiyenik qaydada qablaşdırılması və optimal temperaturda saxlanması əsas şərtdir. Bunun üçün kəsimdən sonra ətin daxili temperaturu dərhal +4 dərəcəyə qədər endirilməlidir.

Təzə qurban əti soyuducunun adi bölməsində (+2...+4 dərəcədə) növündən asılı olaraq 3–5 gün təravətini qoruya bilər. Düzgün şəkildə (porsiyalarla) qablaşdırılmış ət isə dondurucuda (-18 dərəcədə) 6 aydan 12 aya qədər təhlükəsiz saxlanıla bilər.

Bişirilmiş ət məhsullarının soyuducuda uyğun şərtlərdə saxlama müddəti isə maksimum 3 gündür.

Tez xarab olan ürək, qaraciyər, böyrək kimi içalat məhsulları isə daha həssasdır və soyuducuda 1-2 gündən çox saxlanılmadan qısa müddətdə istehlak edilməlidir.

Ətin tövsiyə olunan müddətdən artıq saxlanması onun qida dəyərini və dadını itirməsinə, ən əsası isə zərərli bakteriyaların çoxalaraq qida zəhərlənmələrinə yol açmasına səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin