İstanbulda Qurban bayramının ilk günündə heyvan kəsimi zamanı yüzlərlə insan xəsarət alıb.
Bizim.Media Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul il səhiyyə müdiri dr. Abdullah Emre Güner bayramın ilk günündə 767 nəfərin qurban kəsimi zamanı müxtəlif xəsarətlərlə xəstəxanalara müraciət etdiyini açıqlayıb.
Məlumata görə, yaralananların böyük əksəriyyəti ilkin tibbi yardımdan sonra evə buraxılıb. Hadisələr əsasən ehtiyatsızlıq və təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən baş verib.
Səhiyyə rəsmiləri bayram günlərində kəsim prosesinin peşəkar şəxslər tərəfindən aparılması və təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bayram günlərində təcili tibbi yardım xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Xədicə Paşayeva, Bizim.Media
- A-
- A
- A+
Region
14:26 / 28.05.2026
İstanbulda 767 nəfər heyvan kəsimi zamanı xəsarət aldı
Hazırda oxunan: İstanbulda 767 nəfər heyvan kəsimi zamanı xəsarət aldı
Hazırda oxunan: İstanbulda 767 nəfər heyvan kəsimi zamanı xəsarət aldı
615884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































