İran ABŞ-ın hava bazasına zərbə endirdi

Hazırda oxunan: İran ABŞ-ın hava bazasına zərbə endirdi

615817

İran Bəndər-Abbas yaxınlığındakı hücuma cavab olaraq ABŞ-ın aviabazasına zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib.

"ABŞ-ın istənilən növbəti hücumlarına daha qətiyyətli cavab veriləcək", - SEPAH-ın bəyanatında deyilir.

SEPAH vurğulayıb ki, Vaşinqton nəticələrə görə məsuliyyət daşıyır.

Qeyd edək ki, daha əvvəl "Reuters" mənbələrə istinadən ABŞ-ın İranın hərbi obyektinə zərbə endirdiyini xəbər verib. Məlumata görə, ABŞ İranın bir neçə pilotsuz təyyarəsini vurub və ələ keçirib. Zərbə İranın Hörmüz boğazında Amerika qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan hərbi obyektinə endirilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə hava zərbələri endirib. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəlib. Sonra Ağ Evin rəhbəri Donald Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Müzakirələr nəticəsiz başa çatıb.

ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarının və Hörmüz boğazından keçidi blokadaya alıb. İran öz növbəsində Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün Hörmüz boğazının bağlandığını bəyan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin