İsrail ordusu "Hizbullah"ın 100 metrlik yeraltı tunelini məhv etdi

Hazırda oxunan: İsrail ordusu "Hizbullah"ın 100 metrlik yeraltı tunelini məhv etdi

615125

İsrail Müdafiə Ordusu (SAXAL) Livanın "Hizbullah" hərəkatına məxsus, daxilində dörd sığınacaq olan təxminən 100 metr uzunluğunda yeraltı tunelin aşkar edilərək sıradan çıxarıldığını bəyan edib.

Bizim.Media xəbər verir ki, SAHAL-ın yaydığı rəsmi məlumata görə, sözügedən strateji yeraltı tunel Livanın cənubunda, mübahisəli Dov dağı (Şebaa təpələri) rayonunda aşkar edilib.

Hərbi idarənin bəyanatında İsrail ordusunun əməliyyatları qətiyyətlə davam etdirəcəyi vurğulanıb:

"İsrail Müdafiə Ordusu ölkə mülkiyyətinə və hərbçilərinə qarşı yönələn təhdidlərə qarşı mübarizəni gələcəkdə də davam etdirəcək və siyasi rəhbərliyin birbaşa göstərişlərinə uyğun olaraq hərəkət edir".

Ekspertlər qeyd edirlər ki, Dov dağı bölgəsindəki yeraltı infrastrukturun məhv edilməsi "Hizbullah"ın sərhəd zonasındakı logistik imkanlarına ciddi zərbə vurmaq məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin