ABŞ-ın Nyu-York şəhərində yerləşən gəmiqayırma zavodunda yanğın və partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə CBS şəhərin yanğınsöndürmə idarəsinə istinadla məlumat yayıb.
Hadisə nəticəsində 16 nəfər xəsarət alıb. Yaralananlardan üç nəfərin vəziyyətinin ağır olduğu və onların xəstəxanaya yerləşdirildiyi bildirilir.
Partlayışın səbəblərinin araşdırılması məqsədilə hadisə yerinə təhlükəli materiallar üzrə mütəxəssislər və Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları cəlb olunublar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:55 / 23.05.2026
Nyu-Yorkda baş verən partlayışda 16 nəfər xəsarət alıb
Hazırda oxunan: Nyu-Yorkda baş verən partlayışda 16 nəfər xəsarət alıb
Hazırda oxunan: Nyu-Yorkda baş verən partlayışda 16 nəfər xəsarət alıb
614909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































