Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının videofrans vasitəsilə operativ iclasını keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı görüşə mayın 22-nə keçən gecə Starobelsk şəhərindəki pedaqoji kollecə edilən hücumun müzakirəsi ilə başlamağı təklif edib.
O, Ukrayna Silahlı Qüvvələrinin təhsil müəssisəsinə endirdiyi zərbəni "Kiyev xuntasının terror hücumu" adlandırıb.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 6 nəfər həlak olub, 39 nəfər xəsarət alıb, daha 15 nəfər isə itkin düşmüş hesab olunur.
Qeyd edək ki, mayın 22-nə keçən gecə Ukrayna dronları LPR-in Starobilsk şəhərində kollec binasına və yataqxanasına hücum edib. 86 tələbənin yaşadığı yataqxana binasının bir hissəsi darmadağın olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:50 / 22.05.2026
Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi
Hazırda oxunan: Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi
Hazırda oxunan: Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi
614890
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































