Rusiyalı milyarder Mixail Smirnov Leninqrad vilayətinin Miçurinskoye qəsəbəsində idarə etdiyi motosikletlə baş vermiş ağır yol-nəqliyyat hadisəsində faciəvi şəkildə həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın "Mash" teleqram kanalı məlumat yayıb.
Polis idarəsinin verdiyi məlumata görə, yüksək sürətlə hərəkətdə olan Smirnov idarəetməni itirərək qarşı tərəfin xəttinə çıxıb və "Haval" markalı minik avtomobili ilə üz-üzə toqquşub. Aldığı ağır xəsarətlərdən iş adamı hadisə yerindəcə, təcili tibbi yardım briqadası gələnə qədər keçinib.
Mixail Smirnov Rusiyanın logistika, energetika, restoran, daşınmaz əmlak və maliyyə sektorlarında geniş biznes şəbəkəsinə malik tanınmış simalardan idi.
O, ölkənin ən böyük yanacaq tədarükçülərindən olan "Baltik Yanacaq Şirkəti" (BTK) MMC-nin ortaq sahibi və Direktorlar Şurasının sədri vəzifəsini tuturdu. Həmçinin 2024-cü ilə qədər BTK qrupuna daxil olan "Neva Oil" MMC-nin 50%-lik səhmlərinə sahiblik edirdi.
Qeyd edək ki, Mixail Smirnov biznes fəaliyyətinin uğurlu nəticələrinə görə, 2024-cü ilin yekun reytinq cədvəlində Rusiyanın ən zəngin milyarderləri siyahısında 108-ci yerdə qərarlaşmışdı.

Bizim.Media

- A-
- A
- A+
Dünya
12:56 / 21.05.2026
Tanınmış milyarder qəzada HƏLAK OLDU – FOTO
Hazırda oxunan: Tanınmış milyarder qəzada HƏLAK OLDU – FOTO
Hazırda oxunan: Tanınmış milyarder qəzada HƏLAK OLDU – FOTO
614547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































