Ukrayna "İsgəndər" və PUA hücumlarını belə dəf edir - DETALLAR

Hazırda oxunan: Ukrayna "İsgəndər" və PUA hücumlarını belə dəf edir - DETALLAR

614542

Mayın 21-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazilərinə "İsgəndər-M" ballistik raketi, həmçinin "Şahid", "Gerbera", "İtalmas" tipli 116 zərbə PUA-sı və "Parodiya" tipli imitator-dronlarla genişmiqyaslı hücum həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Hava hücumunun qarşısının alınmasına Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası, zenit-raket qoşunları, radioelektron mübarizə (REB) və pilotsuz sistemlər bölmələri, eləcə də mobil atəş qrupları cəlb olunub.
 

İlkin məlumatlara görə, saat 08:30 radələrinə olan vəziyyətə əsasən, ölkənin şimal, cənub və şərq vilayətlərində hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən 109 düşmən PUA-sı vurularaq və ya REB vasitəsilə zərərsizləşdirilərək dəf edilib.


Bununla yanaşı, ballistik raketin və 5 zərbə PUA-sının 5 fərqli lokasiyaya zərbə endirdiyi, həmçinin vurulan dronların qalıqlarının 4 fərqli əraziyə düşdüyü qeydə alınıb. Ukrayna hərbçilərinin verdiyi məlumata görə, bəzi bölgələrdə hava hücumu hələ də davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin