San-Dieqodakı İslam Mərkəzinə hücumun təfərrüatları məlum olub

Hazırda oxunan: San-Dieqodakı İslam Mərkəzinə hücumun təfərrüatları məlum olub

614463

San-Dieqodakı İslam mərkəzinə hücum etməkdə şübhəli bilinən şəxslər özlərindən sonra zorakılıq təbliğatı, həmçinin anti-islam və anti-semit baxışları ehtiva edən manifest qoyublar.

Bizim.Media xəbər verir ki, bu barədə mənbələrə istinadən "Los Angeles Times" qəzeti məlumat yayıb.
 

Manifestin başlığı 2019-cu ildə Yeni Zelandiyanın Kraystçörç şəhərində məscidlərə hücum edən avstraliyalı terroristə istinad edilib.


Sənəddə müsəlmanlara, yəhudilərə, qaradərililərə və latın amerikalılarına qarşı nifrət bəyan edildiyi iddia olunur.

Hadisə mayın 18-də baş verib. Atəşi iki yetkinlik yaşına çatmayan şəxs açıb. Federal Təhqiqat Bürosunun direktoru Keş Patel cinayətin araşdırılması üçün qurumun bütün resurslarından istifadə olunacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin