Efirdə səhvən Kralın ölüm xəbərini yaydılar – ÜZR İSTƏDİLƏR

Hazırda oxunan: Efirdə səhvən Kralın ölüm xəbərini yaydılar – ÜZR İSTƏDİLƏR

614450

Böyük Britaniyanın "Radio Caroline" radiostansiyası canlı efirdə Böyük Britaniya kralı III Çarlzın ölümü barədə səhvən verilən xəbərə görə üzrxahlıq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı bəyanat radionun "Facebook" səhifəsində yayımlanıb. Hadisə mayın 19-da baş verib.
 

"The Independent" nəşrinin məlumatına görə, radiostansiyanın efirində monarxın guya vəfat etməsi barədə xəbər səsləndirilib, daha sonra isə "Tanrı kralı qorusun" himni yayımlanıb.


Bundan sonra yayım kəsilib və proqram təxminən 15 dəqiqə dayandırılıb.

Sonradan radiostansiyanın meneceri Piter Mur sözügedən hadisəyə texniki səhvin səbəb olduğunu izah edib.

"Yaranmış narahatlığa görə Əlahəzrət Kraldan və dinləyicilərimizdən üzr istəyirik", — deyə Mur bildirib.

Qeyd olunub ki, analoji hallar əvvəllər də baş verib. Belə ki, 2020-ci ildə Fransanın RFI radiosu texniki səhvdən aralarında II Elizabet, Pele və Klint İstvudun da olduğu məşhurların nekroloqlarını dərc etmiş və ardınca üzr istəmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin