Hörmüz boğazından 26 gəmi təhlükəsiz keçid edib

Hazırda oxunan: Hörmüz boğazından 26 gəmi təhlükəsiz keçid edib

614430

Ötən 1 sutka ərzində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları ilə koordinasiya nəticəsində Hörmüz boğazından 26 gəmi keçib.

Bizim.Media xəbər verir ki, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları məlumat yayıb.

Məlumata görə, keçən gəmilər, neft tankerləri, konteyner gəmiləri və başqa ticarət gəmiləri olub və gəmilərin təhlükəsizliyi təmin edilib.
 

“İran İslam İnqilabı Keşikçilər Korpusunun Hərbi Dəniz Qoşunlarından icazə almaqla və koordinasiya etməklə Hörmüz boğazından keçid etmək mümkündür”, -deyə məlumatda qeyd olunur.


Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin