Bu ölkədə təyyarədə narkotik daşımağa icazə veriləcək

Hazırda oxunan: Bu ölkədə təyyarədə narkotik daşımağa icazə veriləcək

614419

ABŞ-da daxili aviareyslərdən istifadə edən sərnişinlərə tibbi məqsədlə təyin olunan marixuananı daşımağa icazə verilib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, qərar ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) yenilənmiş tövsiyələrindən sonra qüvvəyə minib.

Yeni qaydalara əsasən, yalnız həkim resepti ilə təyin edilmiş tibbi çətənəni həm əl yükündə, həm də qeydiyyatdan keçən baqajda daşınmasına icazə verilir.

Qaydaların yenilənməsi ABŞ prezidenti Donald Tramp administrasiyasının tibbi kannabisi I siyahıdan III siyahıya keçirməsi ilə əlaqələndirilir. Bununla belə, marixuana federal səviyyədə hələ də qanunsuz hesab olunur. Yeni status isə onun tibbi araşdırmalarda istifadəsinə imkan yaradır və tibbi marixuananın artıq leqallaşdırıldığı ABŞ-ın 40 ştatı və Kolumbiya dairəsinin qanunvericiliyinə uyğun gəlir.

TSA qeyd edib ki, təhlükəsizlik əməkdaşları məqsədli şəkildə narkotik vasitələr axtarmırlar.
 

Lakin yoxlama zamanı qanunsuz maddə və ya hüquq pozuntusu əlamətləri aşkarlanarsa, bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək.


Bununla yanaşı, yeni qaydalar yalnız tibbi məqsədlə istifadə olunan çətənəyə şamil edilir. Rekreasiya məqsədli marixuana istifadəsi bu siyahıya daxil deyil.

TSA həmçinin təyyarəyə hansı həcmdə tibbi çətənə aparılmasına icazə verildiyini dəqiqləşdirməyib. Hər bir halda yekun qərarı hava limanındakı təhlükəsizlik əməkdaşı verəcək. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin