WUF13: SPECA Forum işə başladı - FOTO

Hazırda oxunan: WUF13: SPECA Forum işə başladı - FOTO

614316

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində SPECA Forum işə başlayıb.

Bizim.Media xəbər verir ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) üzrə “İnklüziv və davamlı şəhər gələcəyi üçün şəhərlərin mənzil həlləri” adlı forumda SPECA-ya üzv ölkələrdə şəhərsalma məsələlərinə dair müzakirələr aparılır.
 

SPECA Mərkəzi Asiyada subregional əməkdaşlığı gücləndirmək və onun dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirmək üçün 1998-ci ildə başlayıb. SPECA ölkələri Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.


Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) Proqrama birgə dəstək verir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin