Dünyada 2 milyarddan çox insanın hələ də təhlükəsiz içməli suya çıxışı yoxdur, 3,5 milyard insan isə təhlükəsiz şəkildə idarə olunan sanitariya xidmətlərindən məhrumdur.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən BMT-nin Su üzrə Xüsusi Elçisi Retno Marsudi deyib.
O bildirib ki, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı gözlənilir. Bu səbəbdən su resursları ilə bağlı yanaşmaların şəhərsalma siyasətinə inteqrasiyası zəruri hesab olunur.
Retno Marsudi vurğulayıb ki, dayanıqlı şəhər inkişafı üçün su təhlükəsizliyi əsas prioritetlərdən biri olmalıdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:40 / 17.05.2026
2 milyarddan çox insan hələ də içməli suya möhtacdırr – VİDEO
Hazırda oxunan: 2 milyarddan çox insan hələ də içməli suya möhtacdırr – VİDEO
Hazırda oxunan: 2 milyarddan çox insan hələ də içməli suya möhtacdırr – VİDEO
613744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































