Tədqiqat: Süni intellekt gender stereotiplərini təkrarlayır

Hazırda oxunan: Tədqiqat: Süni intellekt gender stereotiplərini təkrarlayır

613734

Süni intellekt sistemlərinin yaradılan məzmunlarda gender stereotiplərini əks etdirdiyi müəyyən edilib.

Bizim.Media xəbər verir ki, aparılan araşdırmada süni intellekt tərəfindən yaradılan video materiallar təhlil olunub və nəticədə yüksək maaşlı və nüfuzlu peşələrin əksər hallarda kişi obrazları ilə təqdim edildiyi ortaya çıxıb.

Məlumata görə, “baş direktor”, “proqramçı” və “həkim” kimi peşələrin təxminən 70 faizi kişi obrazında göstərilib. Əksinə, kassir və qulluqçu kimi nisbətən aşağı maaşlı vəzifələr isə əsasən qadınlarla əlaqələndirilib.
 

Eyni zamanda qadınlara daha çox dayə, müəllim və xidmət sahəsi rolları verildiyi qeyd olunur. Mütəxəssislər bildirirlər ki, bu tendensiya süni intellektin mövcud sosial stereotipləri öyrənib təkrarlaması ilə bağlıdır və əsas problem məlumat bazalarındakı insan mənşəli qərəzlərdir.


Eyni zamanda qeyd olunur ki, bu vəziyyət süni intellektin yalnız “cəmiyyətin güzgüsü” olub-olmaması, yoxsa daha balanslı və inklüziv təsvirlər formalaşdırmalı olduğu barədə yeni etik müzakirələrə səbəb olub.

Məlumatda həmçinin Microsoft-un keçirdiyi sınaqlarda süni intellektin 52 peşə üzrə tapşırıqları yerinə yetirərkən 25–50 faiz səhv etməsi də xatırladılıb. Bundan əlavə, bəzi şirkətlərin işçi ixtisarlarını süni intellektlə əvəzləməyə çalışdıqdan sonra geri addım atdığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin