ABŞ-dan Çinə Hörmüz JESTİ – Gəmilərin boğazdan keçməsinə icazə verildi

Hazırda oxunan: ABŞ-dan Çinə Hörmüz JESTİ – Gəmilərin boğazdan keçməsinə icazə verildi

613487

ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən əvvəl İran nefti daşıyan üç Çin tankerinin Hörmüz boğazından keçməsinə icazə verib.

Bizim.Media xəbər verir ki, Tramp bunu “Fox News”a verdiyi müsahibədə açıqlayıb.

Qeyd edək ki, Aprel ayında Malavi bayrağı altında üzən Çin tankeri “Rich Starry”, Trampın İran limanlarını blokadaya almaq qərarına baxmayaraq, Hörmüz boğazından keçib.
 

Çin şirkətinə məxsus “Shanghai Xuanrun Shipping Co Ltd” şirkətinə məxsus gəmi isə 250.000 barel metanol daşıyıb və Omanın Sohar limanına gedib. “Bloomberg”in məlumatına görə, tanker və onun sahibi 2023-cü ildən bəri ABŞ sanksiyaları altındadır.


Xatırladaq ki, may ayının əvvəlində Yaxın Şərq münaqişəsi başlayandan bəri ilk dəfə Hörmüz boğazı yaxınlığında Çin gəmisinə hücum edilib. Tankerin göyərtəsində yanğın baş verib, lakin heyət üzvləri arasında xəsarət alan olmayıb.

“Reuters” agentliyi gəminin Marşal adaları bayrağı altında üzən JV Innovation tankeri ola biləcəyini bildirib. Hadisə BƏƏ sahillərində, Mina Saqr limanı yaxınlığında baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin