Laynerdə hantavirusa yoluxan əcnəbilər KARANTİNƏ alınacaqlar

Hazırda oxunan: Laynerdə hantavirusa yoluxan əcnəbilər KARANTİNƏ alınacaqlar

613407

Niderland rəsmiləri Rotterdam limanında 23 ədəd portativ yaşayış modulu hazırlayacaqlar ki, burada "MV Hondius" laynerinin heyət üzvləri gəmidəki hantavirus epidemiyası səbəbindən altı həftəlik məcburi karantin keçəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə "Hart van Nederland" portalı məlumat yayıb.

Gəmidə 27 nəfər qalıb: 25 heyət üzvü və Kral İctimai Səhiyyə və Ətraf Mühit İnstitutunun iki əməkdaşı. Gəminin heyət üzvlərindən ikisi, yəni institutun hər iki əməkdaşı Niderland vətəndaşıdır və evdə karantinə alınacaq.

Qeyd edək ki, hantavirus epidemiyası 4 mayda elan edilib. “MV Hondius” gəmisi Argentinadan Kabo-Verdeyə Atlantik okeanından keçərkən bəzi sərnişinlərdə ağır tənəffüs yolu xəstəliyinin simptomları yaranıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin