Ukrayna futbol millisinin sabiq baş məşqçisi Sergey Rebrov yaxın dostu Andriy Yermak üçün 30 milyon qriven girov ödəyib.
Bizim.Media “Strana.ua” nəşrinə istinadla xəbər verir ki, “Strana” nəşrinin yazdığına görə, Rebrov və Yermak uzun illərdir dost münasibətlərinə malikdirlər.
Hətta Yermak 2016-cı ildə Rebrovun toy mərasimində iştirak edib. Keçmiş baş məşqçi daha əvvəl açıqlamalarında Yermakın ona hərbi əməliyyatlardan əvvəl Ukrayna millisinin baş məşqçisi postunu təklif etdiyini də bildirmişdi.
Qeyd edək ki, Yermak üçün tələb olunan 140 milyon qriven girovun indiyədək ən azı 35 milyon qriveni toplanıb. Keçmiş məmurun gecəni istintaq təcridxanasında keçirdiyi qeyd olunur.
Xatırladaq ki, Andrey Yermak Ali Antikorrupsiya Məhkəməsinin qərarı ilə həbs edilib. Onun barəsində 140 milyon qrivna girov qarşılığında iki aylıq həbs qətimkan tədbiri seçilib.
Sabiq məmur Kiyev yaxınlığındakı Kozin qəsəbəsində elit yaşayış komplekslərinin tikintisi zamanı korrupsiya sxemi vasitəsilə təxminən 460 milyon qrivnanın leqallaşdırılmasında şübhəli bilinir.
Bizim.Media



































































































