Ermənilərin müharibə məşqi

Hazırda oxunan: Ermənilərin müharibə məşqi

61153
Erməni hərbi şərhçi Leonid Nersisyan Ermənistanda keçirilən "Birlik 2014" təlimlərini 1991-ci ildən bəri bu ölkənin və Dağlıq Qarabağın tarixində görünməmiş hadisə adlandırıb. Guya qısa müddət ərzində Ermənistanın və qondarma DQR-in "müdafiə ordusu"nun 70-80% şəxsi heyəti bu təlimdə döyüş hazırlığına tam hazır olduğunu göstərib. Təlimlərdə 47 min əsgər iştirak edib, ümumilikdə isə 60-70 min hərbi qulluqçu poliqonlara göndərilib.

Təlimlərdə istifadə edilən hərbi texnikanın sayı da təəccüb doğurur - 2000-dən çox top, yüngül minaatanlar, 850 zirehli texnika, 450 Hava Hücumundan Müdafiə sistemi, zenit artilleriyası və müxtəlif qurğu, 1500-dən çox tank əlehinə vasitə, 5 minədək xüsusi avtomobil texnikası və s. 

Şərhçi bunu keçən hərbi təlimlərlə müqayisə edib: "Faktiki olaraq ordu daim hazır vəziyyətdədir və genişmiqyaslı müharibəyə hazırdır. 1991-ci ildən bəri Rusiya ilə birgə ən böyük təlimlər 2013-cü ildə keçib, orada 160 min hərbi qulluqçu iştirak edib, bu, şəxsi heyətin təqribən 20% deməkdir. Azərbaycanda isə belə yüksək səviyyədə təlim keçirilməyib."

Burada rəsmən açıqlanan hərbi texnika sayının uyğunsizluğu açıq-aydın görünür. Heç kimə sirr deyil ki, keçmiş illərdə Rusiyanın Ermənistanda və Qarabağda olan hərbi qoşunlarına məxsus hərbi texnika, silah-sursatı çıxarmayıb. Rusiya forpostuna gizli şəkildə pulsuz silah göndərir, amma bu, heç vaxt rəsmi hesabatlarda əks olunmur. Əgər şərhçinin yazdığı kimi, təlimlərə çıxarılan texnikanın sayını nəzərə alsaq, bu, ermənilərin rəsmi açıqladığı rəqəmlərə uyğun deyil. Demək ki, bu, fantaziyadır və hədə-qorxuya hesablanıb. Digər tərəfdən, "DQR"in hərbi texnikasının Ermənistandan daha çox və güclü olması üzə çıxır. Çox məntiqsiz və gülməli görünür. Ermənilərin bu hay-küyü, hap-gopu boş xülyadan başqa bir şey deyil. 

Şərhçi Azərbaycanın fəal şəkildə silahlandığını söyləyib: "Əlbəttə, rəsmi Bakı müasir silahlanmaya olduqca çox vasait xərcləyir. Bu, İrəvanının və Xankəndinin aldığı silahdan daha çoxdur. Ancaq bu o demək deyil ki, ermənilər "otururlar" və heç nə etmirlər." 

L.Nersisyan bu mövzu ilə bağlı rəqəmlər açıqlayır ki, qondarma DQR-in 75 hərbi qulluqçusuna bir tank düşür. Rusiya Federasiyası üçün bu rəqəm təxminən 266, ABŞ üçün 260, Azərbaycan üçün 155 təşkil edir. Guya Ermənistan və Qarabağ hava hücumundan müdafiə sistemi və operativ-taktik raket komplekslərinin sayında Azərbaycandan gözə çarpan üstünlüyə malikdir. Yəni İrəvan və Xankəndinin sərəncamında hazırkı təlimlərə çıxarılan müasir R-17 ballistik raketlər, Azərbaycanın istənilən nöqtəsini 300 km məsafədən vurmağa imkan verən "Skad-B" raket qurğusu var. Azərbaycan isə İsrail istehsalı olan raket-kompleks sisteminə malikdir. 

Ümumiyyətlə, belə yazıların məqsədini anlamaq o qədər də çətin deyil. Ermənilər Azərbaycana "gücləndiyini", müharibəyə hazır olduqlarını göstərməyə, bizi qorxutmağa çalışırlar. Təbii ki, belə hədə-qorxunun heç bir mənası yoxdur. Ona görə ki, qorxudan doğan hədə-qorxu qorxudanın zəifliyinin göstəricisidir. İndi Ermənistan demək olar, acından günorta qalxır, iqtisadiyyatı olmayan bir ölkədir. Belə olan halda sual yaranır: "Acından ölən ölkə müharibəni necə uda bilər, müharibəyə necə hazır ola bilər, ən müasir silah-sursat almağa, belə təlimlər keçirməyə bu qədər vəsaiti haradan ala bilər?" Cavab isə aydındır: "Bu, borc içində boğulan Ermənistanın növbəti "blefi"dir."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin