Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

Hazırda oxunan: Amsterdam bu məhsulların reklamını QADAĞAN ETDİ

611182

Amsterdam dünyada ət məhsullarının, həmçinin neft və qazla işləyən avtomobillərin reklamını qadağan edən ilk paytaxt olub.

Bizim.Media xəbər verir ki, bu barədə BBC yazır.
 

Mayın 1-dən etibarən Niderland paytaxtın bilbordlarından, tramvay dayanacaqlarından və metro stansiyalarından hamburqerlərin, benzinlə işləyən avtomobillərin və aviaşirkətlərin reklamları yoxa çıxıb.


Şəhər siyasətçiləri bildiriblər ki, bu təşəbbüs Amsterdamın küçə mənzərəsini yerli hakimiyyətin ekoloji hədəflərinə uyğunlaşdırmaq məqsədi daşıyır.

Bu hədəflər Niderland paytaxtın 2050-ci ilə qədər karbon neytrallığına nail olmasını və yerli sakinlərin həmin dövrə qədər ət istehlakını yarıbayarı azaltmasını nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin