Vaşinqton komandanı Yaxın Şərqə göndərdi - Hərbi əməliyyatlar bərpa olunacaq?

Hazırda oxunan: Vaşinqton komandanı Yaxın Şərqə göndərdi - Hərbi əməliyyatlar bərpa olunacaq?

610864

ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı danışıqlar davam etdiyi bir vaxtda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Yaxın Şərqə gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Səfər hərbi əməliyyatların yenidən başlaya biləcəyi ilə bağlı xəbərdarlıqlar fonunda baş tutub.

ABŞ Prezidenti Donald Tramp mayın 2-də bildirib ki, İran “özünü düzgün aparmasa”, ona qarşı hərbi əməliyyatların bərpası barədə əmr verə bilər.
 

Məlumata görə, aprelin 30-da Kuper Trampa İrana qarşı yeni hərbi zərbə planları barədə məlumat verib. Elə həmin gün o, Ərəbistan dənizinə yollanıb.


Mayın 2-də CENTCOM rəhbəri göyərtəsində dəniz piyadalarının xüsusi bölməsi yerləşən “USS Tripoli” esminesində amerikalı hərbçilərlə görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin