Rusiya qoşunları bu gün Ukraynanın Xerson vilayətinin yaşayış məntəqələrini atəşə tutub, nəticədə iki mülki şəxs ölüb, 18 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson Vilayət Prokurorluğunun "Telegram" kanalındakı bəyanatında deyilir.
"Səhər Xersonda Rusiya hərbçiləri küçə ilə hərəkət edən marşrut taksisinə pilotsuz uçuş aparatı ilə hücum edib. Nəticədə 56 yaşlı qadın və 51 yaşlı kişi hadisə yerindəcə ölüb, daha on nəfər yaralanıb. Analoji şəraitdə daha bir marşrut taksisi hücuma məruz qalıb, sürücü xəsarət alıb", - qurumdan bildirilib.
Bundan başqa, vilayət mərkəzinin müxtəlif rayonlarında üç yetkin şəxs, həmçinin üç uşaq yaralanıb, daha bir nəfər isə İnjenernoe qəsəbəsində xəsarət alıb.
Fərdi və çoxmənzilli evlərə, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyib.

Bizim.Media

- A-
- A
- A+
Dünya
23:39 / 02.05.2026
Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO
Hazırda oxunan: Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO
Hazırda oxunan: Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO
610822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































