Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Hazırda oxunan: Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

610675

Perunun Satipo və Nauta bələdiyyələri iynəsiz arıların (Meliponini) var olmaq, inkişaf etmək və məhkəmələrdə təmsil olunmaq hüququna sahib olduğunu rəsmən tanıyan sənəd yayımlayıblar.

Bizim.Media xəbər verir ki, bu qərarla arılar təmiz ətraf mühitdə yaşamaq və meşələrin qırılması kimi təhlükələrə qarşı qanuni təmsilçilik hüququ qazanıblar.

Arı koloniyalarına zərər verən şirkət və ya fərdlərə qarşı "arıların adından" iddia qaldırıla biləcək.

Məhkəmələr artıq yalnız insanlara dəyən zərəri deyil, növün özünə və meşə ekosisteminə dəyən ziyanı da əsas götürəcəklər.

İynəsiz arılar qəhvə, kakao və avokado da daxil olmaqla, tropikal bitkilərin 80%-nin tozlanmasını təmin edir.

Təhlillər sübut edib ki, bu arıların istehsal etdiyi bal yüksək antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.

Pestisidlərin (zərərvericilərə qarşı dərmanlar) istifadəsi və meşələrin qırılması səbəbindən arı populyasiyası ciddi risk altındadır.

Yeni qaydalar pestisid istifadəsinə ciddi nəzarəti və məhv edilmiş meşə sahələrinin yenidən bərpasını məcburi edir.

Hüquqşünaslar bu addımı təbiətlə münasibətdə dönüş nöqtəsi hesab edirlər.

Bu modelin ekosistemi qoruyan digər mikro canlılar üçün də nümunə olacağı və digər Amazon ölkələrində bənzər qərarların qəbulunu sürətləndirəcəyi gözlənilir. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin