SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Hazırda oxunan: SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

610670

Ağ Ev ABŞ Konqresinə İrana qarşı hərbi əməliyyatının başa çatdığını elan edən məktub göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşrinə məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın bu məktubu Nümayəndələr Palatasının spikeri Mayk Consona ünvanlanıb.

"28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar başa çatdı" – məktubda deyilir.
 

Dövlət başçısı xatırladıb ki, aprelin 7-də o, atəşkəs əmri verib. Bu atəşkəs ilkin olaraq iki həftə nəzərdə tutulsa da, sonradan müddəti uzadılıb. Barışıq əldə olunduğu andan etibarən nə ABŞ Silahlı Qüvvələri, nə də İran ordusu onu pozmayıb.


"Müvafiq olaraq, Müdafiə Nazirliyi (Pentaqon) zərurət yarandıqda və məqsədəuyğun hesab edildikdə, İran və onun proksi qüvvələrindən gələn təhdidlərin qarşısını almaq, həmçinin Birləşmiş Ştatları, onun müttəfiqlərini və tərəfdaşlarını qorumaq üçün məsuliyyət zonasındakı ayrı-ayrı ölkələrdə qüvvələrin yerləşməsini tənzimləməyə davam edir" – Donald Tramp qeyd edib.

Beləliklə, ABŞ-ın hərbi kontingenti regionda qalır.

Məktubda həmçinin sənədə əlavə edilmiş məxfi bəndin olduğu bildirilir ki, orada ABŞ qoşunlarının Yaxın Şərqdəki döyüş hazırlığındakı dəyişikliklər təfərrüatı ilə qeyd olunub.

Xatırladaq ki, 1973-cü ildə qəbul edilmiş "Hərbi səlahiyyətlər haqqında qanun"a əsasən, ABŞ prezidentinin Konqresin icazəsi olmadan ölkə xaricində hərbi qüvvələrdən istifadə edə biləcəyi maksimum müddət 60 gündür.

Beləliklə, Trampın İrandakı hərbi əməliyyatı üçün bu müddət məhz bugün başa çatır.

Qeyd etmək lazımdır ki, mayın 1-i Tramp jurnalistlərə İrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün Konqresdən icazə istəmək niyyətində olmadığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin