ABŞ-da dəhşətli HADİSƏ: dərsə getmək istəməyən yeniyetmə atasını güllələdi

Hazırda oxunan: ABŞ-da dəhşətli HADİSƏ: dərsə getmək istəməyən yeniyetmə atasını güllələdi

609774

ABŞ-ın Luiziana ştatında polis mübahisə zamanı atasına atəş açan 13 yaşlı yeniyetməni həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə "People" portalı məlumat yayıb.

Nəşr yazır ki, ata oğlunu dərsə gətirib, lakin oğlan qalmaqal yaradaraq avtomobildən düşməkdən imtina edib. Müəllimlər valideyni razı salıblar ki, məktəblini evə geri aparsın. Maşın yerindən tərpənən kimi atəş səsi eşidilib. Avtomobil idarəetməni itirərək qarşıdakı evə çırpılıb. Həmin an salonda beşyaşlı uşaq da olub. Xoşbəxtlikdən uşaq xəsarət almayıb.

Yaralı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra yeniyetmə qəzaya uğramış maşından çıxaraq əlində tapança ilə məktəbin girişinə tərəf yönəlib. Yaxınlıqda olan polis əməkdaşı onu dərhal saxlayıb. Yetkinlik yaşına çatmayan şəxs həbs edilib.

Hadisənin təfərrüatları araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin