Cənubi Osetiyada “Telegram” və “WhatsApp” messencerlərinə, “Instagram” və “Facebook” sosial şəbəkələrinə, həmçinin “YouTube” video xidmətinə giriş tamamilə bərpa edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Ostelekom" QSC-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zarina Bejanova məlumat verib.
Onun sözlərinə görə, "Roskomnadzor"un Rusiya ərazisində tətbiq etdiyi məhdudiyyətlər avtomatik olaraq Cənubi Osetiya abunəçilərinə də təsir edirmiş, çünki "Ostelekom" internet trafikini Rusiya tədarükçülərindən satın alır.
Bejanova vurğulayıb ki, trafik Cənubi Osetiyaya "filtrlənmiş" şəkildə daxil olurmuş.
"Respublika suveren dövlət olduğundan, bizim qanunvericiliyimiz bu resursların bloklanmasını nəzərdə tutmur. Aparılan texniki işlər sayəsində artıq abunəçilərimiz öyrəşdikləri xidmətlərdən yüksək sürətlə və VPN-dən istifadə etmədən yararlana bilərlər", — deyə şirkət nümayəndəsi bildirib.
Bizim.Media










































































































