İran zəvvarlarını Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına göndərmir?

Hazırda oxunan: İran zəvvarlarını Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına göndərmir?

608522

İranın Ali Milli Təhlükəsizlik Şurası media menecerləri və redaktorlarına göndərdiyi mesajda zəvvarların Səudiyyə Ərəbistanına göndərilməsinin şura tərəfindən təsdiqləndiyini açıqlayıb. 

Bizim.Media bu barədə “Azad İran” teleqram kanalına istinadla xəbər verir. 

Bildirilib ki, bu qərar Müctəba Xameneyi tərəfindən də təsdiqlənib. 
 

Mesajda qeyd olunub ki, ötən il müharibə şəraitində zəvvarların ölkəyə qaytarılması ilə bağlı əldə olunan “uğurlu təcrübə” nəzərə alınaraq, bu il də zəvvarların “vəhyi diyarında” olmasının vacibliyi vurğulanır. 


Şura mediaya xəbərdarlıq edərək bildirib ki, bu qərar ətrafında şübhə yaratmaqdan və cəmiyyətdə qütbləşməyə səbəb ola biləcək müzakirələrdən çəkinmək lazımdır. Tehran qərarın xalqı, xüsusilə də zəvvarları narahat edən bir məsələ olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin