ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə CNBC-yə müsahibəsində deyib.
O, yaxşı bir razılaşma əldə etmək istədiyini və bunu əldə etmək üçün çox vaxtının olduğunu vurğulayıb.
“Biz müharibəni tam udmuşuq. Kaş siz bizim iranlılarla söhbətlərimizi eşidə biləydiniz”, - ABŞ lideri qeyd edib.
O əlavə edib ki, ABŞ öz hərbi gücünü tamamilə bərpa edib və atəşkəsdən əvvəlki dövrlə müqayisədə daha güclüdür:
“Biz atəşkəsdən gücümüzü yeniləmək üçün istifadə etdik. Onlar (İran) isə çox güman az həcmdə öz güclərini yeniləyiblər”.
Eyni zamanda, Tramp ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin NATO-dan daha yaxşı olduğunu diqqətə çatdırıb.
Tramp müsahibədə eyni zamanda Hörmüz boğazı ilə bağlı mövcud vəziyyətə də münasibət bildirib.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazı İranın deyil, məhz ABŞ-nin nəzarətindədir.
“Tam şəkildə boğaza nəzarət edirik, bunu bilməyinizi istəyirəm”, – deyə o, "CNBC" telekanalının canlı yayımında bildirib.
Bizim.Media

































































































