Misirin Sakkara nekropolunda qədim məzardan nadir artefaktın oğurlanması böyük rezonans doğurub.
Bizim.Media xəbər verir ki, firon Teti dövründə yaşamış vəzir Xentikaya aid məzardan təxminən 4 min il yaşı olan əhəngdaşı relyef yoxa çıxıb.
Popular Mechanics yazır ki, həmin artefakt Qədim Misir təqviminin üç mövsümünü əks etdirən cəmi iki məlum təsvir nümunəsindən biri idi.
Məlumata görə, relyef 1952-ci ildə britaniyalı misirşünaslar tərəfindən aşkarlanmışdı və məzar kompleksinin ən önəmli hissələrindən sayılırdı.
Hadisə qədim əşyaların qanunsuz dövriyyəsi problemini yenidən gündəmə gətirib.
Bizim.Media






































































































