İsrail atəşkəsi pozub Livana HÜCUM ETDİ

Hazırda oxunan: İsrail atəşkəsi pozub Livana HÜCUM ETDİ

607915

İsrail ordusu Livanın cənubundakı bir neçə əraziyə hücum edərək atəşkəsin pozulmasında "terrorçuları" günahlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Ofisi məlumat yayıb.

"Atəşkəs qüvvəyə mindiyi gündən bəri, Livanın cənubundakı “sarı xətt”in cənubundakı İsrail Müdafiə Qüvvələrinin şəxsi heyəti terrorçuların atəşkəsi pozduğu bir neçə hadisə qeydə alıb, - məlumatda qeyd olunub.

SAXAL-ın məlumatına görə, cavab olaraq İsrail Hərbi Hava Qüvvələri quru qüvvələri ilə birlikdə "terrorçulara qarşı hədəf zərbələri" həyata keçirib. Həmçinin artilleriya hücumların hazırlanması üçün istifadə edilən hədəfləri də vurub.

Bəyanatda "terrorçuların" hansı qrupa aid olduğu göstərilmir, həmçinin Livanın şiə təşkilatı “Hizbullah”dan da bəhs edilmir.

İsrail tərəfi atəşkəsin pozulmasında adları açıqlanmayan "terrorçuları" günahlandırıb və SAXAL-ın hərəkətlərinin özünümüdafiə, mülki şəxslərin və hərbi qulluqçuların təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin