“Tehranla danışıqlar nəticəsiz qalsa, Vaşinqton İrana qarşı hərbi əməliyyatlara yenidən başlaya bilər”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mən bunu (atəşkəs müqaviləsini -red) uzatmaya bilərəm. Blokada qüvvədədir və təəssüf ki, bombalamağa davam etməli olacağıq”, deyə Tramp bildirib.
ABŞ Prezidenti zənginləşdirilmiş uranın İrandan çıxarılacağını da qeyd edib:
"Biz İranla birlikdə ora gedəcəyik, hamısını götürəcəyik və ABŞ-yə göndərəcəyik. Əgər bu baş verməzsə, biz bunu fərqli, daha az mehribanlıqla edəcəyik".
Xatırladaq ki, daha əvvəl ABŞ lideri zənginləşdirilmiş uranın İrandan çıxarılması ilə bağlı razılıq əldə olunduğunu bildirsə də, İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf bu iddianı təkzib edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:36 / 18.04.2026
Trampdan İrana TƏHDİD: “Danışıqlar nəticəsiz qalsa, yenidən bombalayacağıq”
Hazırda oxunan: Trampdan İrana TƏHDİD: “Danışıqlar nəticəsiz qalsa, yenidən bombalayacağıq”
Hazırda oxunan: Trampdan İrana TƏHDİD: “Danışıqlar nəticəsiz qalsa, yenidən bombalayacağıq”
607819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































