Başına 10 milyon qoyulmuşdu, ilk dəfə üzə çıxdı – Video

Hazırda oxunan: Başına 10 milyon qoyulmuşdu, ilk dəfə üzə çıxdı – Video

607814

İraqda fəaliyyət göstərən və ABŞ-nin tutulması üçün 10 milyon dollar mükafat elan etdiyi “Xətaib Hizbullah” təşkilatının baş katibi Əhməd əl-Həmidavi ilk dəfə ictimaiyyət qarşısında görünüb.

Bizim.Media xəbər verir ki, o, Kərbəla şəhərində keçirilən “Qələbə yürüşü” zamanı tərəfdarları ilə birlikdə görüntülənib.

Bu, Həmidavinin ABŞ tərəfindən onun başına pul qoyulmasından sonra ilk ictimaiyyət arasında görünməsidir.
 

55 yaşlı liderin yürüş zamanı onlarla tərəfdarı ilə birlikdə hərəkət etdiyi və yayılan görüntülərdə maska taxdığı diqqət çəkib. Tədbir müxtəlif silahlı qrupların iştirakı ilə təşkil olunub. Əl-Həmidavinin SEPAH-la əlaqələrinin olduğu bildirilir.


Qeyd edək ki, ABŞ Dövlət Departamentinin “Ədalət üçün mükafat” proqramı çərçivəsində onun tutulmasına kömək edəcək məlumat verənlərə 10 milyon dollara qədər mükafat vəd olunub. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin